Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2021/22 mövsümünün ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
“Kəpəz” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.
 
Ötən mövsümün qalibi olan “Neftçi”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə ev oyununda məğlubiyyətə üzülüb.
 
“Keşlə”nin əvəzediciləri isə “Zaqatala” ilə oyunda darmadağına sevinib.
 
Sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub. “Turan Tovuz” evdə MOİK-ə, “Sumqayıt”ın ikinci komandası isə “Qaradağ Lökbatan”a 2 cavabsız qolla uduzub. “Səbail” və “Zirə”nin əvəzediciləri arasında baş tutan oyun da qonaqların qələbəsiylə yekunlaşıb.
 
Birinci Divizion
1-ci tur
14 sentyabr
 
Kəpəz – Qəbələ-2 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 16:30.
 
Neftçi-2 – Sabah-2 1:2
Qol: Famil Camalov, 71 – Ceyhun Nuriyev, 45+1. Kamran Quliyev, 90+6-pen.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Tural Qurbanov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
 
Keşlə-2 – Zaqatala 5:1
Qol: A.Abanq, 17; 35; 61. F.Nadirov, 38. V.Qənbərov, 90+2 – X.Bəşirov, 9.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Cavid Cəlilov.
Bakı. “ASK Arena”, 18:30.
 
15 sentyabr
 
Turan Tovuz – MOİK 0:2
Qol: Elşən Veysov, 12. Elmir Rəhimzadə, 37.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 16:30.
 
Sumqayıt-2 – Qaradağ Lökbatan 0:2
Qol: Sabir Allahquliyev, 45; 48.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Elvin Bayramov.
Sumqayıt. “Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.
 
Səbail-2 – Zirə-2 1:2
Qol: Kənan Mirzəliyev, 45+2 – Velves Santos, 17. Samir Ağayev, 25.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Emin Əliyev.
Bakı. “ASCO Arena”, 18:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest