FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda 5 pillə geriləyib.
 
Canni De Byazinin çalışdırdığı komandamız hazırda 1158 xalla 117-ci sırada qərarlaşıb.
 
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan komandalardan Portuqaliya yığması 1674.9 xalla 7-cidir. 1515.97 xala malik Serbiya 28-ci, İrlandiya 1418.7 xalla 50-ci, Lüksemburq isə 1244.55 xalla 94-cüdür.
 
Türkiyə millisi 1455.44 xalla 41-ci sıraya düşüb. Siyahıya 1832.33 xala malik Belçiya yığması rəhbərlik edir. 1811.73 xalı olan Braziliya yığması ikinci, 1755.44 xala malik İngiltərə isə üçüncüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest