Futzal üzrə Aç-2022-nin final mərhələsində millimiz D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq. Matc.az xəbər verir ki, oyunlar gələn il yanvarın 22-də, 26-da və 29-da Niderlandda keçiriləcək.
 
Komandamız bu rəqibləri ilə müxtəlif vaxtlarda rəsmi oyunlarda qarşılaşıb. Gürcüstanla 3 oyunun ilkində heç-heçə etmişiksə, qalan 2 matçda qələbə qazanmışıq. Ən çox qapısına yol tapdığımız komandada elə Gürcüstan millisidir – 17:10.
 
Bosniya və Herseqovina ilə baş tutmuş 2 dueldə də sevinən tərəf Azərbaycan millisi olub. Qolların nisbəti isə belədir: - 8:6.
 
İspanlarla hər 3 oyun isə uğursuz alınıb. üç oyunda onları 5 dəfə məyus etmişik - 5:13.
 
Dç-2000 (seçmə mərhələ - Xorvatiya)
28.02.2000. Gürcüstan – 6:6
 
Aç-03  (seçmə mərhələ - Portuqaliya)
09.11.2002. Gürcüstan – 4:1
 
Aç-05 (seçmə mərhələ - Serbiya)
30.01.2005. Gürcüstan – 7:3
 
Aç-12 (seçmə mərhələ - Azərbaycan)
27.02.2011. İspaniya – 3:8
 
Aç-2014 (seçmə mərhələ - Slovakiya)
28.03.2013. Bosniya və Herseqovina – 3:2
 
Dç-2016 (final mərhələsi – Kolumbiya)
15.09.2016. İspaniya – 2:4
 
Aç-2018 (seçmə mərhələ - Azərbaycan)
08.04.2017. Bosniya və Herseqovina – 5:4
 
(final mərhələsi - Sloveniya)
04.02.2018. Azərbaycan – İspaniya 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest