Futbol üzrə İtaliya A Seriyasında 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Lider “İnter” bu turda Berqamo səfərində “Atalanta”nın müqavimətini qırmağa çalışıb. Amma tərəflər bu oyundan qolsuz ayrılıblar. “Venetsiya” – “Empoli” matçı da heç-heçə bitib.
 
“Roma” doğma meydanda “Kalyari”ni minimal hesabla üstələyib. “Sassuolo” isə evdə “Verona”ya uduzub.
 
İtaliya A Seriyası
22-ci tur
15 yanvar
 
Sampdoriya – Torino 1:2
Qol: Kaputo, 18 – Sinqo, 27. Praet, 67.
 
Salernitana – Latsio 0:3
Qol: İmmobile, 7; 10. Lazzari, 66.
 
Yuventus – Udineze 2:0
Qol: Dibala, 19. Makkenni, 79.
 
16 yanvar
 
Sassuolo – Verona 2:4
Qol: Skamakka, 54. Defrel, 67 – Kaprari, 37. Barak, 44; 57; 90+4.
 
Venetsiya – Empoli 1:1
Qol: Okereke, 73 – Jurkovski, 26.
 
Roma – Kalyari 1:0
Qol: S.Oliveyra, 33-pen.
 
Atalanta – İnter 0:0
 
17 yanvar
 
21:30. Bolonya – Napoli
21:30. Milan – Spetsiya
23:45. Fiorentina – Cenoa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest