2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" klubunda yeni təyinat olub.

2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" klubunda yeni təyinat olub. Matc.az xəbər verir ki, təcrübəli futbol funksioneri, əməkdar məşqçi Mehman Allahverdiyev yenidən doğma "Kəpəz"ə qayıdıb.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata gör, ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan Allahverdiyev klubun idman direktoru vəzifəsinə təyinat alıb. Onunla bir illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Nizami yurdunun təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest