Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsində 3-cü yer uğrunda matç və final oyunu keçirilib.

Matc.az saytı xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində reallaşan bürünc medallar uğrunda görüşdə A. Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası ilə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin idmançıları qarşılaşıb. Gərgin mübarizəyə səhnə olan matç A. Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçularının 9:6 hesablı qələbəsi ilə başa çatıb və onlar yarışın bürünc medallarına yiyələniblər.

Daha sonra “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin həlledici qarşılaşması baş tutub. Finala qədər hərəyə 2 oyunda qələbə qazanan Qazax şəhər M. Hüseyn adına məktəb-liseyin komandası ilə Qazax şəhər S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin şagirdləri üz-üzə gəlib. Oyunboyu daha üstün təsir bağışlayan M. Hüseyn adına məktəb-liseyin yeniyetmə basketbolçuları 13:4 hesabı ilə qalib gələrək çempion olublar.

Yekunda ilk 3 yeri tutan kollektiv diplom və medallarla təltif olunub. Yarışın qalibi olan Qazax şəhər M. Hüseyn adına məktəb-liseyin komandası həmçinin “Həmrəylik kuboku” ilə mükafatlandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest