Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Cihan özkaranın yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 31 yaşlı forvard Almaniyanın "Rot Vays Ahlen" klubu ilə anlaşıb.
 
O, Oberliqa təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Cihan peşəkar karyerasına da 2009-cu ildə məhz bu klubda başlamışdı. Sonralar isə o, "Sivasspor", "Kayseri Ərciyəsspor", "Simurq", "Proyssen Münster", "Verl", "Rot Vays Oberhauzen", "İstanbulspor", "Afyonspor"da çıxış edib. Son olaraq "Sarıyer"də forma geyinmiş özkara Azərbaycan millisində 18 matça çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest