Misli Premyer Liqasının 11-ci turunda keçiriləcək "Qarabağ" – "Turan Tovuz" qarşılaşmasının biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri sabah yalnız iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də "Azersun Arena"nın kassasından almaq mümkündür.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Oktyabrın 20-də keçiriləcək "Qarabağ" – "Turan Tovuz" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest