"Bizi çətin oyun gözləyirdi. çünki qış fasiləsindən sonra yaxşı formada olan rəqiblə qarşılaşırdıq". Matc. az saytı xəbər verir ki, bu sözlər "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova məxsusdu.

Topaz Premyer Liqasının XIX turunda "Səbail"in qonağı olan "kimyaçılar" qolsuz bərabərliyə nail olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: "Ardıcıl 4 məğlubiyyətin ardından oynamaq çox çətindi. Belədə futbolçuları hazırlamaq asan olmur. Uşaqlar bu gün xarakter göstərdilər. Təbii ki, qələbə daha yaxşı olardı. Ancaq digər tərəfdən uduzmadıq. Bu vəziyyətdən çıxmalıyıq. Qol imkanlarından yararlanmamağımız yaralı yerimizdi. Bir xal da pis deyil. Qələbə qazana bilmirsənsə, uduzma. Bəlkə bu 1 xal oyunçuların özlərinə gəlməsinə kömək edəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest