Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu çağırış Kubokunda mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçisi olduğu komanda 1/16 final mərhələsinin cavab matçında Almaniyada "Zul" kollektivinə 0:3 (15:25, 17:25, 9:25) hesabı ilə uduzub.
 
"Azerreyl" ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 1:3.
 
Xatırladaq ki, daha əvvəl kişi voleybolçulardan ibarət "Murov" komandası çağırış Kuboku ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest