Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək.

Oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq. Oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.

Millimizin turnirdə iştirak edəcək futbolçularının siyahısı ilə aşağıda tanış ola bilərsiniz.

1. Oqtay Mehrəliyev – "Qarabağ" FK
2. Məhəmməd Ağamalıyev – "Qarabağ" FK
3. Emil Quliyev – "Neftçi" PFK
4. Əkbər Nağıyev – "Neftçi" PFK
5. Kənan Əzimov – "Neftçi" PFK
6. Qafar Babayev – "Neftçi" PFK
7. Said Bayramov – "Neftçi" PFK
8. Sübhan Əlizadə – "Neftçi" PFK
9. Həsən Məhmədov – "Sabah" FK
10. Həsən Ramazanov – "Sabah" FK
11. Murad Məmmədzadə – "Sabah" FK
12. Asif Allahverdizadə – "Ulduz" FA
13. Müşfiq Zamanov – "Ulduz" FA
14. Yusif Əlizadə – "Ulduz" FA

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest