Azərbaycan yığmasının voleybolçuları Odina Əliyeva və Mariya Kirilyuk çin çempionatında çıxışlarını başa vurublar. Matc.az xəbər verir ki, çin Liqasında "Şenzen Jonqsay" klubunun şərəfini qoruyan voleybolçularımızın komandası üçüncülük uğrunda "Fujian" klubu ilə qarşılaşıb.
 
İki qələbəyə kimi keçən mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn "Şenzen Jonqsay"  çempionatın bürünc medalına sahib çıxıb.
 
 
çin Liqası (qadınlar)
Bürünc medal uğrunda
 
1-ci oyun
"Fujian" - "Şenzen Jonqsay" 2:3 (22:25, 25:16, 25:23, 22:25, 8:15)
 
2-ci oyun
"Şenzen Jonqsay" - "Fujian" 3:1 (17:25, 25:22, 25:21, 25:22)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest