Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən klublar Antalyaya təşkil olunmuş təlim-məşq toplanışını başa vurdular. Matc.az xəbər verir ki, dünən Türkiyədəki sonuncu təmsilçimiz - "Neftçi"nin iştirakı ilə daha bir yoxlama oyunu baş tutdu.

Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşan "ağ-qaralar" meydanı məğlubiyyətlə tərk etdilər - 0:1. Bu, ümumilikdə klublarımızın iştirakı ilə baş tutan sayca 27-ci qarşılaşma olub. Azərbaycan komandaları bu oyunlarda 10 qələbə qazanıb, eyni sayda da məğlubiyyətə üzülüblər. 7 qarşılaşma isə heç-heçə bitib.

8 yanvar
“Səbail” – “Legiya” (Varşava) – 2:2


9 yanvar
“Turan Tovuz” - “Petrolul” - 2:3

10 yanvar
“Zirə” – “Çindia” (Rumıniya) – 3:2

“Neftçi” – “Vaşaş” (Macarıstan) - 1:1
 

11 yanvar
“Şamaxı” - “Kaysar” (Qazaxıstan) – 0:0

“Şamaxı” – “Botoşani” – 0:1
Oyun güclü yağış səbəbindən yarımçıq qalıb

12 yanvar
“Qəbələ” - “Sepsi” (Rumıniya) – 2:2

“Sabah” – “Varta” (Polşa) - 1:1

“Sumqayıt” – “Radnik” (Serbiya) – 2:1

“Səbail”  - “Bohemians 1905” (Çexiya) – 0:0


13 yanvar
“Turan-Tovuz” - “Aarau” (İsveçrə)  - 1:0

“Qarabağ” – “Rakiv” (Polşa) – 0:3


14 yanvar
“Kəpəz” – “MTK Budapeşt” – 1:0

“Qəbələ” – “Lukenvalde” (Almaniya)– 3:2

 
 
15 yanvar
 

17 yanvar
“Zirə” - “Seqed-Çanad” (Macarıstan) - 1:3


“Turan Tovuz” - “Jetisu” - 2:0

“Sumqayıt” - “Krılya Sovetov” - 0:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest