Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub. Matc.az xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək.
 
Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.
 
Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
 
C qrupu (Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib)
 
18 avqust
23:00 Azərbaycan - çexiya
 
19 avqust
23:00 Azərbaycan - Almaniya
 
20 avqust
23:00 Türkiyə - Azərbaycan
 
22 avqust
20:00 Azərbaycan - Yunanıstan
 
23 avqust
20:00 İsveç – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest