AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında 19-cu turun iki oyunundakı neqativ hallara hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, "Qarabağ"la görüşdə azarkeşlərin davranışı "Turan Tovuz"u 5600 manat ziyana salıb.
 
Azarkeşlər hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 4000, meydançaya kənar əşyalar atıldıqları üçün isə klub 1600 manat cəriməyə məruz qalıb.
 
Həmçinin, "Kəpəz" də 2400 manat cərimə ödəməli olacaq. Bunun 1600 manatı "Qəbələ" ilə qarşılaşmada təcili tibbi yardımın oyuna gecikməsi, 800 manatı isə polisin görüşdən əvvəlki iclasa gəlməməsi səbəb olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest