Həmçinin o, sabiq "Mançester Yunayted"li Patris Evranın instaqram hesabındakı qələbə paylaşımını bəyənib. Bu üzdən PSJ rəhbərliyi Rabyonu daha 2 həftə əsas komandadan uzaqlaşdırıb.

PSJ yarımmüdafiəçisi Adrien Rabyonu növbəti dəfə cəzalandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu dəfə səbəb oyunçunun gecə klubunda əylənməsi olub.

Belə ki, Paris təmsilçisinin çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"ə məğlubiyyətindən sonra ulduz futbolçu əylənib. Həmçinin o, sabiq "Mançester Yunayted"li Patris Evranın instaqram hesabındakı qələbə paylaşımını bəyənib. Bu üzdən PSJ rəhbərliyi Rabyonu daha 2 həftə əsas komandadan uzaqlaşdırıb.

Fransızlar artıq onunla mövsümün sonuna qədər olan müqaviləni pozmağı planlaşdırır. Rabyo özü isə "Mançester Yunayted"lə matçda iştirak etməməsinə təəssüfləndiyini vurğulayıb: "Qərar mənim deyil. Bu oyuna hazır idim və yaxşı formadayam. Əgər oynasaydım... Amma klub rəhbərliyi fərqli qərar verdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest