Albaniyada məktəbli şahmatçılar arasında Avropa çempionatı keçirilib. Matc.az xəbər verir ki, 25 ölkədən 208 şahmatçının qatıldığı qitə birinciliyində Azərbaycan millisi uğurlu çıxış edib.
 
Komandamız yarışdan 5 medalla ayrılıb. Onlardan 2-si qızıl, 2-si gümüş, 1-i isə bürünc medal olub.
 
U-17 oğlanların kateqoriyasında Aqil İsrailov, U-9 oğlanların yarışında Yasin Əzimov çempion olub. U-13 kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların mübarizəsində ikinci yeri tutub. U-15 qızlar kateqoriyasında isə Nurtən Nuriyeva bürünc medal əldə edib.
 
Azərbaycan millisi medal sıralamasına görə 3-cü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest