İngiltərənin "Aston Villa" klubunun və Argentina millisinin qapıçısı Emiliano Martines "Çelsi"yə transfer olunmağa razılıq verib. Təcrübəli qolkiper yay "transfer pəncərəsi" bağlanana qədər London təmsilçisinə keçmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Emiliano Martines "Çelsi"nin təqdim etdiyi layihəni tamamilə bəyənib və keçidə yaşıl işıq yandırıb.

Qapıçı axtarışında olan digər London klubu "Tottenham" isə hazırda heyətində yer alan Kinski və Dubravkanın çıxışından razı qaldığı üçün argentinalı əlcək sahibi ilə maraqlanmır.

Transferlə bağlı yekun qərar "Çelsi" rəhbərliyindən asılıdır və hazırda klub daxilində bu mövzuda müzakirələr davam edir.

Qeyd edək ki, 33 yaşlı Emiliano Martines geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 32, UEFA Avropa Liqasında isə 11 matçda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest