"Trabzonspor" futbol klubunun rəhbərliyi Fatih Tekkenin baş məşqçi postundan istefasını qəbul etməyib.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Baş məşqçimiz Fatih Tekke "Ferentsvaroş" matçından sonrakı məğlubiyyətin yaratdığı emosional gərginlik səbəbindən istefa vermək istəyib. "Trabzonspor"un direktorlar şurası bu qərarı qəbul etməyib. Fatih Tekke baş məşqçi vəzifəsini icra etməyə davam edir və çempionatda "Amedspor"a qarşı keçiriləcək növbəti oyunda komandamıza rəhbərlik edəcək", - deyə klub açıqlama verib.

Qeyd edək ki, Fatih Tekke Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna qarşı məğlubiyyətlə (0:4) başa çatan matçdan sonra istefa verdiyini açıqlamışdı. İlk oyun da Macarıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

"Trabzonspor" çıxışını Konfrans Liqasının ümumi mərhələsində davam etdirəcək.

48 yaşlı mütəxəssis 2025-ci ildən "Trabzonspor"a rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest