"Sabah"ın baş məşqçisinin hekayəsini də bəyənirəm".

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqiblərindən olan "Slaviya"nın (Çexiya) baş məşqçisi Yindrjix Trpişovski püşkə münasibət bildirib.

Matc.az xəbər verir ki, klubun rəsmi saytına müsahibəsində çexiyalı mütəxəssis "Sabah"la oyunun da maraqlı keçəcəyini deyib.

Yindrjix Trpişovski püşkü dəyərləndirərkən digər rəqib baş məşqçilərə də toxunub: "Ən çox Unay Emeri ("Aston Villa"nın baş məşqçisi) ilə qarşılaşmağı səbirsizliklə gözləyirəm. "Sabah"ın baş məşqçisinin (Valdas Dambrauskas) hekayəsini də bəyənirəm. Maraqlı oyun olacaq. "Portu"nun baş məşqçisi Farioli ilə o, "Ayaks"a rəhbərlik etdiyi vaxt qarşılaşmışıq. "Arsenal"ın baş məşqçisi Mikel Artetaya qarşı isə artıq dördüncü oyunumuz olacaq. O, həm futbolçu, həm də məşqçi kimi böyük şəxsiyyətdir. Və əlbəttə, Vinsent Kompani ("Bavariya"nın baş məşqçisi. O, "Anderlext"də oynadığı vaxt mənim sevimli futbolçum idi. Deyəsən, onda 17 yaşı var idi".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda, "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) isə səfərdə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest