Niderlandlı hücumçu Ernest Poku Leverkuzen "Bayer"indən Türkiyənin "Beşiktaş" klubuna transfer olunub. 22 yaşlı futbolçu karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət niderlandlı forvardın 2027-ci ilin yayına qədər icarəsindən gedir və müqavilədə birdəfəlik satın alma bəndi də yer alıb.

İcarə müqaviləsi üçün "Beşiktaş" Almaniya klubuna 3 milyon avro ödəyəcək, futbolçunun tam transferi isə gələcəkdə qarşı tərəfə 20 milyon avroya başa gələcək.

Ötən yay "AZ Alkmaar"dan 10 milyon avro qarşılığında "Bayer"ə keçən Ernest Poku geridə qalan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 45 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Hücumçu həmçinin Niderlandın U-21 gənclər millisinin heyətində keçirdiyi 21 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, bu, "Beşiktaş"ın cari "transfer pəncərəsi"ndə hücum xəttinə etdiyi ikinci səs-küylü transferdir. İstanbul klubu iki həftə əvvəl "Yuventus"un sabiq forvardı Duşan Vlahoviçi də azad agent statusu ilə heyətinə qatmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest