27 Avqust 2026, 18:31
FUTBOL
"Mançester Siti" hücumçusu Omar Marmuşun "Tottenhem"ə icarəyə verildiyini elan edib. Misirli forvard karyerasını digər London təmsilçisində davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə 50 milyon funt-sterlinq qarşılığında məcburi satın alınma bəndini nəzərdə tutur.
2025-ci ilin yanvarından bəri "Mançester Siti"nin heyətində çıxış edən Omar Marmuş geridə qalan mövsümdə bütün turnirlərdə 36 matçda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yaddaqalıb.
"Şəhərlilər"lə 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçunun "Transfermarkt" portalındakı transfer dəyəri 50 milyon avro təşkil edir.













