Millimizin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Hayduk"un heyətində "Rakuv"a qarşı həlledici görüşdə fərqlənib.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Hayduk"un heyətində Polşanın "Rakuv" klubuna qarşı həlledici görüşdə fərqlənib.

Matc.az xəbər verir ki, ilk görüşdə olduğu kimi gərgin keçən və əlavə vaxta uzanan qarşılaşmanı həmyerlimiz, FIFA referisi Əliyar Ağayev idarə edib.

Oyunun 88-ci dəqiqəsində Mahir Emreli rəqib qapısına qol vuraraq komandası üçün mühüm üstünlük qazandırıb (2:2). Bu epizoddan dərhal sonra, matçın 89-cu dəqiqəsində oyunun baş hakimi Əliyar Ağayev millimizin forvardına sarı vərəqə göstərib.

İki oyunun nəticəsinə əsasən (ilk matç: 2:2) rəqibini ümumilikdə 5:4 hesabı ilə üstələyən Xorvatiya təmsilçisi UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest