PSJ və Fransa millisinin vingeri Bredli Barkolya İngiltərənin "Liverpul" klubuna transfer olmağa çox yaxındır. Tərəflər keçidlə bağlı bütün detalları tam razılaşdırıblar.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar transfer şərtləri üzərində ortaq məxrəcə gəliblər. Paris təmsilçisi bu satışdan bonuslar da daxil olmaqla ümumilikdə 140 milyon avro qazanacaq. Yaxın 24 saat ərzində tərəflər bütün lazımi sənədləri mübadilə edərək transferi rəsmiləşdirəcəklər.

Barkolyanın transferi uğrunda mübarizədə "Liverpul"un əsas rəqibi digər İngiltərə klubu "Arsenal" olub.

Qeyd edək ki, 23 yaşlı vinger 2023-cü ilin yayından bəri çıxış etdiyi PSJ heyətində bütün turnirlərdə 152 matça çıxıb, 39 qol vurub və 37 məhsuldar ötürmə edib.

Fransa yığmasının heyətində isə AVRO-2024 və dünya çempionatı oyunlarında ümumilikdə 28 matçda meydana çıxaraq 6 dəfə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest