Braziliyalı hücumçu Qabriel Jezus Londonun "Arsenal" klubunda məşqlərdən kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta bu qərarı komandanın heyətindəki oyunçu sayının çoxluğu ilə izah edib: "Bu, komandanın heyətindəki futbolçuların sayı ilə bağlıdır".
Qabriel Jezusla "Arsenal" arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir və onun transfer dəyəri 17 milyon avro qiymətləndirilir.
"Arsenal"ın Jezusu "Atletiko"nun hücumçusu Xulian Alvaresin transferi müqabilində sövdələşməyə daxil etməyə hazır olduğu bildirilir.
Uzun müddətdir ki, 29 yaşlı braziliyalıya "Napoli" də maraq göstərir.
Braziliyalı hücumçu 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 123 matça çıxıb, 32 qol vurub və 22 qolun ötürməsini verib.







_1787917220.jpg)





