Ötən gün avrokuboklarda keçirilən pley-off mərhələsinin cavab oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Matc.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
 
Konfrans Liqasında Liqa mərhələsinin bir addımlığında olan "Qarabağ" mübarizəni dayandırıblar. Ağdam klubu Bakıda "Tvente"yə uduzub - 1:4. 
 
Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-də qalıb. Bunun 3.000 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.  
 
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabərdir. Qitə sıralamasında 25-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,875-ə bərabərdir. 
 
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (102.019) başçılıq edir.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest