"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev "championat.com" saytına müsahibə  verib. Matc.az xəbər verir ki, Dağıstan futbolunun yetirməsi Moskvada keçirdiyi gənclik illərini xatırlayıb.
 
Azərbaycan millisinin üzvü həmin dövrdə də intizamlı olduğunu söyləyib:
 
"Kimin sınaqları yoxdu? Əlbəttə olub. Amma gecə klubları mənim işim deyil. Komandadakı uşaqlar siqaret çəkirdilər, içə bilirdilər. Mən isə atamdan çox qorxurdum. Başa düşdüm ki, o, məni Moskvaya göndərib, Dağıstanda işləyir ki, mən burada inkişaf edim, yetişim".
 
29 yaşlı qolkiper Moskvada üzləşdikləri çətinliklərdən bəhs edib: "Xalam və dayım da çox kömək etdilər. Bu qədər müddət mənimə qarşı səbirli oldular. İki il onlarla yaşadım. Sonra valideynlərim Mahaçqaladakı evi satdılar və yaxınlıqda olmaq üçün Moskvada mənzil aldılar. Atam bir neçə müsahibədən keçməli oldu. Axı Qafqaz millətindən olan insanlar üçün Moskvada iş tapmaq asan deyil. Ancaq o, öz sahəsində böyük mütəxəssisdir və ağıllı insandır. Buna görə də onun üçün bir az asan oldu".
 
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"ın formasını geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest