Razılığa əsasən, oyun iyunun 17-də İstanbuldakı "Esenyurt Necmi Kadıoğlu" stadionunda olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ayın 20-də isə komandamız Bakıda Qırğızıstanla qarşılaşacaq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu ay iki yoldaşlıq görüşü keçirəcək. Matc.az saytı xəbər verir ki, gənclərimiz Türkiyə və Qırğızıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.
 
Türkiyə ilə qarşılaşmanın yeri və vaxtı da artıq məlumdu. Razılığa əsasən, oyun iyunun 17-də İstanbuldakı "Esenyurt Necmi Kadıoğlu" stadionunda olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ayın 20-də isə komandamız Bakıda Qırğızıstanla qarşılaşacaq.
 
Qeyd edək ki, iyunun 17-də əsas yığmamız da meydana çıxacaq. Canni de Byazinin kollektivi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da Estoniya ilə üz-üzə gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest