Futbolçunun xidmətlərini dəyərləndirən klub rəhbərliyi ona məşqçilər korpusunda çalışmağı dəvət edib. O, bu səbəbdən yaxın günlərdə məşqçi kurslarına qatılacaq.

Azərbaycan yığmasının sabiq futbolçusu Vurğun Hüseynov karyerasını başa vurur. Matc.az xəbər verir ki, "Sumqayıt"la müqaviləsi başa çatan 35 yaşlı müdafiəçi elə bu komandada işləyəcək. 
 
Belə ki, futbolçunun xidmətlərini dəyərləndirən klub rəhbərliyi ona məşqçilər korpusunda çalışmağı dəvət edib. O, bu səbəbdən yaxın günlərdə məşqçi kurslarına qatılacaq. 
 
Qeyd edək ki, Hüseynov karyerasına "Turan"da başlayıb. Müxtəlif illərdə "Qəbələ" və "Turan Tovuz"da çıxış edib. Milli komandada 15 oyun keçirib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest