Təsadüfi deyil ki, ulduz futbolçunun transferi açıqlandıqdan sonra cəmi 12 dəqiqə ərzində klubun rəsmi "instaqram" hesabına 1 milyon izləyici əlavə olunub.

Argentinalı futbolçu Lionel Messini transfer edən "İnter Mayami" bir anda bütün dünyanın diqqətlərini üzərinə çəkib. Matc.az xəbər verir ki, bu keçid MLS klubunun sosial şəbəkələrdəki populyarlığını da artırıb.

Təsadüfi deyil ki, ulduz futbolçunun transferi açıqlandıqdan sonra cəmi 12 dəqiqə ərzində klubun rəsmi "instaqram" hesabına 1 milyon izləyici əlavə olunub.

Əvvəlcə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun iki il ərzində 1,2 milyard avroluq təklifini rədd edən Messi "Barselona"ya dönə bilməyəcəyini başa düşdükdən sonra "İnter Mayami" ilə anlaşıb.

Qeyd edək ki, dünya çempionu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest