Yığmamız Buenos-Ayresdə 3 bürünc sevinci yaşayıb. Taekvondoçu Cavad Ağayev 63 kq, güləşçi Şəhanə Nəzərova 43 kq, boksçu Nurlan Səfərov 60 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb.

Azərbaycan yığması Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən III Yay Olimpiya Oyunlarını başa vurub. Matç.az saytı xəbər verir ki, millimiz Cənubi Amerikada 6 medal qazanıb.

İki idmançımız Olimpiya çempionu adına yiyələnib. Cüdoçu Vüqar Talıbov 65 kq, sərbəst güləşçi Turan Bayramov 66 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.

Millimizin yeganə gümüş mükafatını ağırlıqqaldıran Tarmenxan Babayev əldə edib. Atletimiz 85 kq çəki dərəcəsində fərqlənib.

Yığmamız Buenos-Ayresdə 3 bürünc sevinci yaşayıb. Taekvondoçu Cavad Ağayev 63 kq, güləşçi Şəhanə Nəzərova 43 kq, boksçu Nurlan Səfərov 60 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb.

Düzdü, daha bir idmançımız Olimpiya Oyunlarının çempionu olub. Lakin bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) komandasının heyətində qızıl medala yiyələnib.

Beləliklə, yığmamız Olimpiadanı 2 qızıl, 1 gümüş və 3 bürünclə yekunlaşdırıb. Komandamız buğun sahibini tapacaq 9 dəst medalla başa çatacaq yarışın mükafat sıralamasında 31-ci yerdə qərarlaşıb. Lakin bu siyahıda BOK-un komandası da yer alıb. Cədvələ isə Rusiya (28 qızıl, 16 gümüş, 12 bürünc), Çin (18, 9, 9) və Yaponiya (15, 10, 12) yığmaları başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest