Azərbaycan taekvondoçusu Minayə Əkbərova çinin çendu şəhərində keçirilən XXXl ümumdünya Yay Universiadasında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, 22 yaşlı idmançı 46 kq çəki dərəcəsində üçüncü yeri tutub.
 
O, 1/8 finalda amerikalı Karine Leclerbqi, növbəti raundda isə fələstinli Miar Qabahanı eyni hesabla (2:0) məğlub edib. Taekvondoçu yarımfinalda Yinq-Hsuan Huanqla (çin Taypeyi) üz-üzə gəlib. Əkbərova bu dəfə məğlubiyyətə üzülüb və bürünc medala layiq görülüb.
 
Azərbaycan millisinin digər taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Yaşar Məmmədli (68 kq) 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar.
 
Qeyd edək ki, daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar, bədii gimnast Zöhrə Ağamirova isə ikinci yeri tutub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest