"Red Bull" pilotu və ikiqat dünya çempionu Maks Verstappen Hollandiya Qran Prisində qalib gələrək yeni tarixi nailiyyət əldə edib.

Matc.az xəbər verir ki, bu qələbə 25 yaşlı hollandiyalı sürücü üçün ardıcıl doqquzuncu olub. Onun əvvəlki qələbələri Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan və Belçika Qran Priləri olub.

Beləliklə, Verstappen almaniyalı Sebastyan Vettel və italyan Alberto Askarinin rekordunu qırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest