UEFA-nın bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Matc.az xəbər verir ki, qitə futbol qurumu 2024-cü ildə UEFA Super Kubokuna ev sahibliyi edəcək ölkənin adını açıqlayıb.
Həlledici qarşılaşma gələn il avqustun 14-də Polşanın paytaxtı Varşavadakı Milli Stadionda reallaşacaq.
Bundan başqa, Millətlər Liqasının 2024-25 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin də fevralın 8-də Fransanın paytaxtında təşkil olunacaq. Həmin gün qurumun Konqressi olacaq.