27 Sentyabr 2023, 22:54
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçi Serj Qnabrinin vəziyyəti bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu Almaniya kubokunun 1/32 finalında "Preussen"lə matçın (4:0) 11-ci dəqiqəsində zədələnərək əvəzlənib. Komandanın bəyanatında yazılıb: "Matçdan sonra rentgen müayinəsində Serj Qnabrinin sol qolunun dirsək sümüyündə sınıq olduğu təsdiqlənib".
Münhenin baş məşqçisi Tomas Tuxel də açıqlama verib: "Serj sabah əməliyyat olunacaq və bir neçə həftə yaşıl meydanlarda olmayacaq. Bu, təkcə onun üçün yox, bizim üçün də acı zərbədir. O, vacib oyunçu və super insandır".