Qazaxıstan Premyer Liqasında IV turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" bu gün meydana çıxıb.

Kostanay təmsilçisi doğma azarkeşləri önündə "Aktobe"ni qəbul edib. 34 və 80-ci dəqiqələrdə rəqibi məyus edən "Tobol" yalnız 89-cu dəqiqədə qapısında top görüb. Buraxılan topu isə məhz Balayevin passivinə yazmaq olar. çünki qolkiper top ayağında olarkən rəqibi aldatmağa cəhd edib və nəticədə hesab arasındakı fərq minimuma enib. Buna baxmayaraq, "Tobol" 2:1 hesablı qələbə qazanmağa nail olub.

4 turdan sonra itkisiz irəliləyən "Tobol" "Astana" ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest