30 Noyabr 2023, 20:50
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller cari mövsümdəki vəziyyətindən danışıb.
Matc.az xəbər verir ki, bu mövsüm 34 yaşlı Müller Bundesliqada 10, Çempionlar Liqasında isə 4 görüş keçirib. Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Heyətlə bağlı qərar vermək baş məşqçinin işidir. Oynamaq vaxtım olanda əlimdən gələni edirəm. Məşqlərdə mümkün qədər yaxşı çıxış etməyə çalışıram. "Bavariya"da şans yaradan çoxlu əla hücum oyunçuları var. Vəziyyət belədir. Hamı nəyəsə dözməlidir. Nə qədər ki, biz qalib gəlirik, bu cür söhbətlərin heç bir mənası yoxdur. Bədənim yaxşı işləyir və mən oynamağa hazıram. Meydanda hər saniyədən maksimum yararlanmağa çalışıram. İndiyə qədər çox şey yaxşı gedir”.