Premyer Liqa və “Mançester Siti” klubun maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı işə baxılacaq tarix barədə razılığa gəliblər.
Matc.az xəbər verir ki, proses payızda baş tutacaq. Hazırda tərəflər şahidlərdən ifadələr toplayır. “Mançester Siti” 2009-2010 mövsümünə aid son 14 mövsümdə maliyyə qaydalarının 115 pozuntusu barədə məlumat verməli olacaq. Mənbənin sözlərinə görə, hökmün növbəti mövsümün sonuna, yəni 2025-ci ilin yayına kimi çıxarılacağı ehtimalı azdır. Maraqlıdır ki, bu zaman baş məşqçi Pep Qvardiolanın komanda ilə müqaviləsi başa çatır. “Mançester Siti” ilə bağlı araşdırma 2018-ci ildə başlayıb. Klubun pozuntuları təsdiqlənərsə, klub ciddi sanksiyalarla üzləşə bilər.
Bundan əvvəl “Everton” maliyyə reqlamentini pozduğuna görə 10 xaldan məhrum edilmişdi. Kluba qarşı əlavə sanksiyalar hələ də davam edə bilər.