05 Dekabr 2023, 16:50
FUTBOL
Almaniya çempionatının XIII turunun “Bavariya” – “Union” görüşünün yeni tarixi bəlli olub. Matc.az xəbər verir ki, oyun yanvarın 24-də “Allianz Arena”da keçiriləcək.
Qarşılaşma dekabrın 2-də keçirilməli idi. Lakin Münhendə güclü qar yağdığı üçün hakimlər matçın təxirə salınmasını qərara almışdılar.
Hazırda “Bavariya” 32 xalla 2-ci, “Union” isə 7 xalla sonuncu yerdədi.