06 Dekabr 2023, 10:26
FUTBOL
AFFA UEFA tərəfindən cərimələnib. Matc.az xəbər verir ki, buna səbəb 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisin Şimali İrlandiya ilə Bakıdakı oyunu olub.
AVRO-2025-in seçmə mərhələ görüşü gec başladığı üçün assosiasiya 5000 avro cərimələnib. Matçın gec start götürməsi səbəbindən U-21-in baş məşqçisi Samir Əliyevə də xəbərdarlıq edilib.
Qeyd edək ki, oktyabrın 12-də keçirilən oyunda millimiz 0:1 hesabı ilə məğlub olub.