AFFA-nın baş katibi Elxan Məmmədov Tovuz şəhər stadionunda olub. Matc.az xəbər verir ki, federasiya rəsmisi İcraiyyə Komitəsinin Tovuzda akademiyanın yaradılması ilə bağlı qərarının icrasına başlama ərəfəsində görülən işlərlə yaxından tanış olub. 

Məmmədov rayon və klub rəhbərliyi, işçi, məşqçi heyəti ilə görüş keçirib, azarkeşlərlə söhbət edib. Baş katibə "100 illik Tovuz Futbolu" kitabı hədiyyə olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest