Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Braziliya millisinin hücumçusu Neymar yenə diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, 32 yaşlı forvard bu dəfə də meydandan kənar davranışı ilə gündəmə gəlib.
 
Belə ki, Neymar qızının ad gününü qeyd edərkən telefonu ilə poker oynayıb. Şənlik zamanı onun bu davranışı kənardakıların diqqətini çəkib.
 
Qeyd edək ki, zədə səbəbindən mövsümün böyük hissəsini buraxan Neymar cari mövsüm cəmi 5 matçda iştirak edib, 1 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest