Rusiya yığmasının qapıçısı Matvey Safonov Fransaya köçəcək. Matc.az xəbər verir ki, "Krasnodar"ın qolkiperi PSJ ilə anlaşıb.

Məlumatı insayder Fabritsio Romano yayıb. O bildirib ki, parislilər 25 yaşlı çərçivə qoruyucusunun keçidini həll ediblər. Bu transfer PSJ-yə 20 milyon avroya başa gəlib. Safonov tezliklə Fransa təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkəcək. Onun sözləşməsinin müddəti 2029-cu ilin yayına qədər olacaq.

Qeyd edək ki, "Krasnodar"ın yetirməsi olan Safonov 2021-ci ildən Rusiya millisinə də çağırılır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest