PSJ transfer qadağası ilə üzləşə bilər. Matc.az xəbər verir ki, buna səbəb Fransa çempionunun hücumçusu Kilian Mbappenin maaşını ödəyə bilməməsidi.

Paris təmsilçisi aprelin məvacibini və fevralın bonusunu hələ ödəməyib. Bu isə təxminən 80 milyon avroya bərabədi. Mbappenin vəkilləri məsələ ilə bağlı rəsmi prosedura başlayıb. PSJ rəhbərliyi 25 yaşlı forvardın pulunu ödəməmək qərarına “Real”ın yayda azad agent olacaq futbolçu üçün pul verməyəcəyini açıq şəkildə bildirməsindən sonra gəlib.

Rəsmi şikayət olacağı halda məsələ FİFA tərəfindən araşdırılacaq. Ali futbol qurumu PSJ-yə iki transfer dönəmində oyunçu almamaq qadağası tətbiq edə bilər.

Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən Kilian Mbappe iyunun sonunda klubu azad agent kimi tərk edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest