Belçika millisinin baş məşqçisi Domeniko Tedesko “Real”ın qapıçısı Tibo Kurtuanı Avropa çempionatı üçün açıqlanan heyətə salmamasına aydınlıq gətirib. Matc.az xəbər verir ki, çalışdırıcı bunu qolkiperin hazırlıq durumu ilə əlaqələndirib.

Tedeskonun fikrincə, Kurtua AVRO-2024-ə hazır deyil: “Tibo öz bədənini hamıdan yaxşı tanıyır. Hər şey əvvəldən aydın idi. O, yenicə meydana qayıdıb, böyük turnirdə isə 3-4 gündən bir oynamaq çətindi. Biz bunu nəzərə aldıq və hesab etdik ki, Kurtua Avropa çempionatına hazır deyil”.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. E qrupunda yer alan Belçika yığması Rumıniya, Slovakiya və Ukrayna ilə mübarizə aparacaq. 32 yaşlı Kurtua isə uzunmüddətli diz zədəsini yeni sağaldıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest