19 İyul 2024, 22:57
FUTBOL
İtaliya A Seriyasının debütantı “Komo” heyətini tanınmış futbolçularla gücləndirməyə davam edir.
Matc.az xəbər verir ki, İtaliya klubu Pepe Reynadan sonra, “Liverpul”un digər sabiq futbolçusu Alberto Moreno ilə müqavilə imzaladığını açıqlayıb.
32 yaşlı ispaniyalı müdafiəçi bir il komandanı təmsil edəcək, lakin müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə müqaviləni daha bir il uzatmaq imkanı var.
Qeyd edək ki, Reyna “Liverpul”dan başqa, vətənində “Sevilya” və “Vilyarreal”da da çıxış edib. Bu komandalarla o, müvafiq olaraq 2014 və 2021-ci illərdə Avropa Liqasının, 2019-cu ildə isə Yurgen Kloppun komandasının heyətində Çempionlar Liqasının qalibi olub.