Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Matc.az xəbər verir ki, o, 67 kq çəki dərəcəsində 1/8 finalda mübarizə aparıb.

Cəfərov bu raundda misirli Mohamed Elsayedlə qarşılaşıb. Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla Həsrət 1/4 finala adlayıb.

O, bu mərhələsində moldovalı Valentin Petiçlə qarşılaşıb. Görüş gərgin alınsa da, yekunda Həsrət qələbəyə sevinib.

Cəfərov yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla qarşılaşıb. Rəqibinə son xal prinsipi ilə məğlub olan təmsilçimiz bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, Həsrət Cəfərov bürünc uğrunda görüşə sabah çıxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest