09 Sentyabr 2024, 18:26
FUTBOL
Türkiyənin "Hatayspor" klubu baş məşqçi Özhan Pulatla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisinin yeni baş məşqçisi də məlumdur. "Hatayspor"u Rıza Çalımbay çalışdıracaq. 61 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rıza Çalımbayın son iş yeri "Beşiktaş" olub.