“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasında qarşılaşacaqları “İnter” və “Yuventus”la bağlı maraqlı fikir səsləndirib. Matc.az xəbər verir ki, belçikalı futbolçu İtaliya nəhəngləri ilə görüşləri səbirsizliklə gözlədiyini açıqlayıb.
“İki il əvvəl finalda İtaliya liqasında dominantlıq edən və çox yaxşı oynayan “İnter”lə oynadıq. Onlar zirvədədilər. “Yuventus” fəlsəfəsini dəyişməli idi, əmin olmasam da, görəcəyik. Onlar böyük klublardı və biz bu möhtəşəm matçları səbirsizliklə gözləyirik. “İnter” və “Yuventus” Çempionlar Liqasını qazanmaq uğrunda mübarizə apara bilərmi? Bu gün bu haqda danışmaq hələ tezdi”, - deyə De Bruyne bildirib.
Qeyd edək ki, yeni formatla keçiriləcək Çempionlar Liqasının liqa mərhələsinə sentyabrın 17-də start veriləcək.