Türkiyənin “Konyaspor” klubuna keçən sabiq “Qarabağ”lı Hamidu Keyta sosial şəbəkədə paylaşım edib. Matc.az xəbər verir ki, o, paylaşımında Ağdam təmsilçisinə minnətdarlıq edib.

Fransalı futbolçu “Qarabağ”dan ayrılması barədə post paylaşaraq hamıya uğurlar arzulayıb: “Təşəkkür, “Qarabağ”. Təşəkkür, klubun azarkeşləri. Təşəkkür, Azərbaycan. Azərbaycanda çox şey öyrəndim və sizlərlə birlikdə vaxt keçirməkdən həzz aldım”.

Qeyd edək ki, Keyta “Qarabağ”a ötən yay “Zirə”dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest